Tesla-nın İcraçı direktoru Elon Musk, yeni növ koronavirus (Kovid-19) pandemiyası səbəbilə zavodların da bağlı saxlanılması təlimatına baxmayaraq, avtomobil istehsalına yenidən başlayacaqlarını bildirib.
İnsider.az xəbər verir ki, Musk, Twitter hesabından, Tesla-nın, Kovid-19 qadağasına baxmayaraq, bu gün təkrar elektrikli avtomobil istehsalına başlayacağını açıqlayıb.
Elon Musk, ''Mən də bu gün hər kəs kimi sahədə olacağam. Biri həbs olunacaqsa o adamın mən olmasını istəyirəm'' deyib.
Marja