“Tesla” Kaliforniyada Frimontdakı avtomobil zavodunun yaxınlığında olan müəssisəsində gizlicə elektromobillər üçün fərdi akkumulyatorların tərtibatını aparır. İnsider.az bunu “CNBC”-yə istinadla xəbər verir.
Zavodda “Tesla” “Model 3”, “Model S” və “Model X” modellərini buraxır. Akkumulyatorlar isə “Panasonic”-lə müştərək istifadədə olan Nevadadkı “Gigafactory” zavodunda istehsal olunur.
Mənbələrə əsasən, “Tesla”-nın araşdırma komandası şirkətə iri həcmdə ehtiyyat hissələrini istehsal etməyə imkan verəcək litium-ion akkumulyatorlarının və digər avadanlıqların prototipi üzərində çalışır.
Fərdi akkumulyator istehsalatının yaradılması “Tesla”-ya bazara daha ucuz və yüksək məhsuldar elektromobillər təklif etməyə imkan verə bilər. Üstəlik, şirkət texnologiyalar və resursarını partnyorları ilə bölüşmək məcburiyyətində olmayacaq.
Qeyd edək ki, “Panasonic” və “Tesla” “CNBC”-nin sorğularını cavablandırmayıblar.
Samirə Məmmədova