ABŞ-ın elektromobil istehsalçısı Teslanın səhmləri şirkətin İcraçı direktoru Elon Maskın xərclərə qənaət başladacağını açıqlamasının ardından 3 faizdən çox ucuzlaşıb və 2017-ci ilin yanvar ayından bu yana görünməyən səviyyələrə düşüb.
İnsider.az xəbər verir ki, Mask işçilərə göndərdiyi bir e-maildə Teslada nə qədər kiçik olmasından asılı olmayaraq bütün xərclərin araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirib və maaşlar, səyahət xərcləri və kirayə daxil olmaqla şirkətin bütün ödəmələrinin gözdən keçiriləcəyi yeni bir tədbirə başlanacağını qeyd edib.
O, "Bu olduqca çətin, lakin Tesla-nı yenidən maliyyə olaraq sabit bir hala gətirmək və dünyanı ekoloji olaraq daha təmiz etmək hədəfimizə çatmamız üçün tək yoldur",- yazıb.
Həmçinin səhmlərin ucuzlaşmasına mart ayında Floridada Tesla avtomobili ilə baş vermiş ölümcül qəzada, avtomobilin avtopilot sisteminin qəzadan bir neçə saniyə əvvəl avtomatik olaraq aktiv olduğu barədə xəbərlər də təsir göstərib.
Tesla avtopilot xüsusiyyətinin etibarlı olduğu barədə açıqlamasını təkrarlayıb. Teslaya görə, avtopilotun dəstək olduğu sürücülər hər hansı bir kömək almayan sürücülər ilə müqayisədə daha güvəndədirlər.
Xəbərlərin ardından Teslanın səhmləri 3.25 faiz ucuzlaşaraq 219.37 dollara düüşb. Bu, son iki ilin ən aşağı səviyyəsidir.
©"Marja"