texasin-en-boyuk-enerji-sirketi-muflis-oldu

Texasın ən böyük enerji şirkəti müflis oldu

ABŞ-ın Texas ştatının ən böyük enerji şirkəti olan “Brazos Electric Power Cooperative” müflis olduğunu elan edərək kreditorlardan qorunmasını istəyib.

Bu qış bölgədə qeydə alınan şaxtalı və çovğunlu havalar üzündən elektrik təchizatı şəbəkəsi iflic həddinə gəlmiş, 4 milyon ev təsərrüfatı və işgüzar vahid işıqsız, istisiz və susuz qalmış, iqtisadi ziyan isə 129 milyard dollar həcmində dəyərləndirilir.

Bu vəziyyətdə fəaliyyətini davam etdirməyi bacaran enerji şirkətləri qiymətləri qaldırıblar. Əlverşsiz havaların texniki fəsadları, habelə istehlakçıların və icraçıların iddia ərizələri ucbatından “Brazos” müdafiə olunmaq üçün İflas Məhkəməsinə üz tutmalı oldu.

Elektrik enerjisini bütövlükdə 16 distibutor təşkilatı arasında bölüşdürməklə məşğul olan “Brazos” şirkəti öz aktiv və öhdəliklərini 1 milyarddan 10 milyard dollar həcmində dəyərləndirir.

Report