Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak edəcək.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb.
34 yaşlı qrossmeyster 2019-cu ildəki Dünya Kubokunun qalibi kimi yarışa dəvət alıb. Qərarı FIDE Şurasının üzvləri qəbul edib.
Turnirin digər iştirakçıları hələ müəyyənləşməyib.
İddiaçılar turnirinin son qalibi rusiyalıYan Nepomnyaşi olub.
Qeyd edək ki, Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən ötən il bu turnirdən imtina etmişdi. Rusiyanın Yekaterinburq şəhərindəki yarış 2020-ci martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.
Report