the-guardian-qarabagdaki-ermenilerin-reinteqrasiyaya-qarsi-cixmaq-ucun-hec-bir-huquqi-esaslari-yoxd

“The Guardian”: “Qarabağdakı ermənilərin reinteqrasiyaya qarşı çıxmaq üçün heç bir hüquqi əsasları yoxdur”

“Qarabağın Azərbaycanın ərazi bütövlüyünə daxil olması Avropa və beynəlxalq ictimaiyyət üçün heç bir zaman sual doğurmayıb”.

Bu barədə “The Guardian”da dərc olunan məqalədə qeyd olunub.

“Qarabağın Azərbaycanın rəsmi şəkildə tanınan sərhədləri daxilində yerləşdiyinə dair heç bir şübhə yoxdur. Avropa və beynəlxalq ictimaiyyət bunu heç vaxt şübhə altına almayıb. Ukraynadakı müharibə isə suverenlik və ərazi bütövlüyünün beynəlxalq hüququn dayaq nöqtələri kimi əhəmiyyətini bir daha vurğuladı. Beləliklə, Qarabağdakı ermənilərin reinteqrasiyaya qarşı çıxmaq üçün heç bir hüquqi əsasları yoxdur”, - deyə məqalədə bildirilib.

Nəşrdə o da vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev heç kimə regionu tərk etməyi əmr etməyib. Əksinə, silahlarını yerə qoyan və Azərbaycanın ərazi bütövlüyünü tanıyan Qarabağ ermənilərinə vətəndaşlığın verilməsi təklif olunub.

Oxu.Az