“The Walt Disney Company” kinostudiyasının rəhbəri Robert Ayger “Apple” şirkətinin Direktorlar Şurasının tərkibindən çıxıb.
Bu barədə “The Hollywood Reporter” jurnalı yazıb.
Jurnalın məlumatına görə, Ayger sentyabrın 10-da “Apple”də vəzifəsini şirkət tərəfindən “Apple TV+” (noyabrın 1-də işə başlacaq – red.) video servisinin təfərrüatları açıqlandıqdan sonra tərk edib.
Qeyd edilir ki, videoservis noyabrın 12-dən “The Walt Disney Company” tərəfindən yayımlanacaq “Disney+”un rəqibi olacaq.
“Apple” öz bəyanatında direktorlar şurasında çalışdığına görə Aygerə təşəkkür edib və “Disney” ilə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Oxu.Az