the-washington-post-abs-in-rusiyadan-diplomatik-nota-aldigini-iddia-edir

“The Washington Post” ABŞ-ın Rusiyadan diplomatik nota aldığını iddia edir

ABŞ rəhbərliyi Moskvadan Ukraynaya silah tədarükünü dayandırmağa çağıran rəsmi diplomatik nota alıb. Bu barədə “The Washington Post” açıqlama verib və eyni zamanda məktubun bir surətinin də redaksiyada olduğunu qeyd edib.

Jurnalistlərin sözlərinə görə, Rusiya notanı ABŞ prezidenti Co Baydenin Kiyevdə hökumətə verilən silahların çeşidinin kəskin şəkildə artırılmasını təsdiqlədikdən sonra göndərdiyi ehtimal olunur. Ukraynaya yeni hərbi yardım paketi isə 800 milyon dollar təşkil etməlidir. Ukrayna ordusu həmçinin 155 mm-lik haubitsalar, pilotsuz uçuş aparatları və sahil mühafizəsi üçün zirehli texnika, eyni zamanda əlavə daşınabilən zenit və tank əleyhinə sistemlərlə təmin ediləcək.

Nəşrin yazdığına görə, Moskva bu həftə Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ və NATO-dan Ukraynaya “ən həssas” silah sistemlərinin tədarükü münaqişənin bir az da qızışmasına səbəb olur ki, bu da “gözlənilməz nəticələrə” gətirib çıxara bilər.

Dövlət Departamenti isə iki səhifəlik diplomatik notanın məzmununu şərh etməkdən imtina edib. Hazırda Rusiya departamentlərində də bu barədə rəsmi məlumat yoxdur.

Oxu.Az