Səhiyyə Nazirliyi tibb işçiləri üçün mayda nəzərdə tutulan sertifikasiya imtahanlarının ləğvi barədə məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin 4 may 2020-ci il, saat 00:00-dək uzadıldığı nəzərə alınaraq, may ayı üçün tərtib olunmuş imtahan cədvəlinin yenidən işlənilib hazırlanması məqsədilə həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.
Yeni imtahan cədvəli hazırlandıqdan sonra, namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək.
Əlavə məlumat almaq üçün (012) 433-08-93 nömrəli şəhər və (099) 8915000 nömrəli mobil telefonlarla əlaqə saxlaya bilərsiniz.