tibbi-maska-taxmayanlarin-milli-meclisin-binasinda-hereketi-qadagan-edilib

Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti qadağan edilib

Milli Məclisin (MM) inzibati binasına tibbi maskadan istifadə etməyən şəxslər buraxılmır.

İnsider.az xəbər verir ki, bu gündən MM-in inzibati binasına daxil olan şəxslərdən tibbi maska taxmaq tələb olunur.

Belə ki, Milli Məclisin əməkdaşlarının, deputatların və jurnalistlərin tibbi maska taxmadan binada hərəkəti qadağan edilib.