times-rusiyaya-qarsi-sanksiyalari-destekleyen-britaniyalilarin-sayi-azalir

Times: Rusiyaya qarşı sanksiyaları dəstəkləyən britaniyalıların sayı azalır

YouGov sosioloji şirkətinin keçirdiyi sorğuya əsasən, iyun ayında respondentlərin 45%-i məhdudlaşdırıcı tədbirlərin əleyhinə olub.

Böyük Britaniyanın yeni anti-Rusiya sanksiyalarına dəstəyi elektrik enerjisinin qiymətinin kəskin artması və ümumilikdə yaşayış minimumu fonunda zəifləyir.

Bu barədə bazar günü “ he Sunday Times ” nəşri YouGov sosioloji şirkətinin keçirdiyi ictimai rəy sorğularına istinadən məlumat yayıb.

Bu ilin mart ayında respondentlərin 48%-i elektrik enerjisinə görə daha çox ödəməli olsalar belə, Moskvaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləyirdilər,  respondentlərin 38%-i isə sanksiyaların əleyhinə çıxsırdı. İndi bu qruplar yerlərini dəyişiblər - 45% sanksiyalara qarşı çıxıb, 38%-i dəstəkləyib.

Cümə günü Böyük Britaniyanın Qaz və Elektrik Bazarları İdarəsi elektrik enerjisinin qiymətlərinin oktyabrın 1-dən 80% artaraq rekord həddə yüksələcəyini açıqlayıb. Ekspertlərin fikrincə, gələn ilin aprel ayına qədər qiymətlər qalxa bilər. Eyni zamanda, Ukraynadakı münaqişə və Rusiya ilə Qərb arasında iqtisadi qarşıdurma nəticəsində yaranan inflyasiya ilin sonuna kimi 13%-ə çatmalıdır (son 40 ildə ən yüksək göstərici).

Marja