tofiq-yaqublu-xestexanadan-eve-buraxildi

Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxanadan evə buraxılıb.

İnsider.az xəbər verir ki, o, müalicə aldığı "City Hospital"ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirirdi. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. T.Yaqublu məhkəmə qərarından sonra aclıq aksiyasını dayandırıb.

Report