Beynəlxalq Olimpiya Komitəsinin (BOK) hazırkı sədri Tomas Bax dörd illik müddətə yenidən quruma rəhbər seçilib.
Bu barədə qərar BOK-un 137-ci sessiyası çərçivəsində qəbul edilib.
Qeyd edək ki, almaniyalı idman funksioneri təşkilatın rəhbəri vəzifəsinə yeganə namizəd olub. Onun təkrar seçimi lehinə 93, əleyhinə isə cəmi bir nəfər səs verib.
Xatırladaq ki, T.Baxın 67 yaşı var. O, 2013-cü ildən bəri quruma rəhbərlik edir.