total-in-i-rubde-xalis-geliri-18-artdi

 “Total”-ın I rübdə xalis gəliri 18% artdı

Fransanın neft-qaz şirkəti “Total”-ın səhmdarlara düşən xalis gəliri 2019-cu ilin birinci rübünün nəticələrinə əsasən, illik ifadədə 18% artaraq 3,111 milyard dollar təşkil edib. 

Bu barədə İnsider.az şirkətin hesabatına əsasən məlumat verir.

Hər səhm üzrə gəlir əvvəlki ilin 1 dollarına qarşı 1,17 dollar təşkil edib. “Total”ın  mənfəəti hesabat dövrü ərzində 3,2% artaraq 51,2 milyard dollar təşkil edib.

Qeyd edək ki, “Total”  Avropada üçüncü ən iri neftçıxarma şirkətidir.

Nigar Orucova