Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla dünyaya gələn dördgünlük körpənin ölməsi faktı ilə bağlı açıqlama verib.
TƏBİB-dən bildirilib ki, Ağstafa rayon sakini 23 yaşlı, 36 həftəlik hamilə Qasımova Pərvanə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub:
“Qız cinsli, çəkisi 2500 qram və boyu 48 santimetr olan uşaq Apqar şkalası üzrə 6/7 bal ilə qiymətləndirilib. Pediatrlarla konsilium təşkil olunub, zəruri tibbi müayinə və müalicə təyin olunub, yenidoğulmuş süni tənəffüs cihazına qoşulub. Diaqnozu anadangəlmə soltərəfli bronxopnevmoniya olan uşaq 4-cü sutkasında aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəfat edib. Meyit təşrihə verilib”.
09:44
Tovuzda xəstəxanada dördgünlük körpə ölüb.
Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.
Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.
Qadının yaxınları iddia edirlər ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxu.Az