Çinin ən iri nəqliyyat servisi “Didi Chuxing” (DiDi) “Toyota Motor”-la razılığın əldə olunması barədə məlumat verib. Razılıq çərçivəsində yapon avtoistehsalçısı çin şirkətinə 600 milyon dollar investisiya ayıracaq.
İnsider.az xarici mediaya istinadən xəbər verir ki, “DiDi” və “GAC Toyota Motor”-un birgə müəssisəsi yaradılacaq.
Qeyd edək ki, “GAC Toyota Motor” özü də “Toyota Motor”-un digər Çinin şirkəti - ən iri avtoistehsalçılarından olan “GAC Group”-la birgə müəssisəsidir.
Yeni yaradılacaq müəssisə icarə, həmçinin “DiDi”-də çalışan sürücülər üçün avtomobillərə baxış xidmətlərini göstərəcək.
Saziş iştirakşıları “Toyota Motor”-un investisiya müqabilində “DiDi”-də hansı paya sahib olacağını açıqlamırlar. Lakin “The Wall Street Journal”-a görə, indiki maliyyələşdirmə raundunun nəzərə alınması ilə çinli servisin qiymətləndirmə dəyəri 62 milyard dollara çatacaq. “DiDi”-nin digər investorları arasında isə “Apple”, “Alibaba Group Holding”, “Tencent Holdings” də var.
Samirə Məmmədova