toyota-leysana-gore-iki-zavodunun-fealiyyetini-dayandirdi

"Toyota" leysana görə iki zavodunun fəaliyyətini dayandırdı

Yaponiyanın ən iri avtomobil konserni "Toyota" leysan yağışlarından dolayı Fukuoka prefekturasında yerləşən zavodlarında istehsalı müvəqqəti olaraq dayandırıb.

İnsider.az xəbər verir ki, tədbir "Toyota" və "Lexus" brendlərindən olan avtomobillərin yığıldığı Kanda və Miyata şəhərlərində yeləşən 2 zavoda şamil edilib. İstehsalat xətləri bu gün saat 16:00-dan (Bakı vaxtı ilə 11:00) növbəti günün səhərinə kimi dayandırılıb.

Qeyd edilir ki, Miyatadakı zavodda 9 min nəfər çalışır və ildə təxminən 300 min avtomobil istehsal edilir. Kandadakı müəssisənin həcmi isə iki dəfə azdır.

Xatırladaq ki, Yaponioyanın qərbindəki üç əyalətdə leysan yağışları nəticəsində gözlənilən daşqın və torpaq sürüşmələri ilə bağlı 847,5 minsakin təxliyyə olunur.

©Finans