tramp-abs-lilarin-bir-sira-cin-sirketlerine-sermaye-qoymasini-qadagan-edir

Tramp, ABŞ-lıların bir sıra Çin şirkətlərinə sərmayə qoymasını qadağan edir

Tramp Çin ordusunu dəstəkləyən şirkətlərə sərmayə qoyulmasını qadağan edən fərman imzalayıb.

ABŞ Preidenti Donald Tramp, ABŞ-lıların və ABŞ şirkətlərinin Çin ordusuna dəstək verən Çin şirkətlərinə sərmayə qoymalarını qadağan edən fərman imzalayıb.

Çinin ordusunu və kəşfiyyatını inkişaf etdirməyə maliyyə təmin etmək üçün ABŞ sərmayəsini gedərək artan bir şəkildə istismar etdiyinə işarə edən Tramp, bu vəziyyətin ABŞ-ı birbaşa təhdid etdiyini vurğulayıb.

Tramp, Çinin, sivil şirkətləri ordunu və kəşfiyyat fəaliyyətlərini dəstəkləməyə məcbur edərək ölkənin hərbi sənayesini inkişaf etdirdiyini bildirib, bu şirkətlərin ABŞ-lı investorlara qiymətli kağız sataraq sərmayə cəlb etdiklərini bildirib.

ABŞ Prezidenti Tramp, "Çin, bu şəkildə ordusunun inkişafını və modernləşdirilməsini maliyyləşdirmək üçün ABŞ-lı investorları istifadə edir",- deyib. 

Sərmayə qadağası siyahısında 31 şirkət var

Fərman ilə, ABŞ şirkətlərinin və vətəndaşlarının Çin ordusuna dəstək verən Çin şirkətlərinin birbaşa ya da fondlar vasitəsilə səhminə sahibi olmalarını qadağan edilir.

11 Yanvar 2021-də qüvvəyə minəcək fərmanın Çinin böyük aviasiya, inşaat, texnologiya və telekommunikasiya şirkətlərinə təsir edə biləcəyi ifadə edilir.

ABŞ mətbuatında yer alan xəbərlərdə, Müdafiə Nazirliyi tərəfindən müəyyən olunan 31 Çin şirkətinin siyahıda yer aldığı qeyd edilib.

Bu şirkətlərin çoxunun səhmlərinin Honq Konq da daxil olmaqla Çin birjalarında ticarət olunduğu qeyd edilib. 

Marja