tramp-avropa-ittifaqi-abs-i-istismar-etmek-ucun-yaradilib

Tramp: Avropa İttifaqı ABŞ-ı istismar etmək üçün yaradılıb

“Avropa İttifaqı Amerika dövlətini öz maraqları naminə istismar etmək üçün yaradılıb”.

İnsider.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ lideri Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın Çin və dünyadakı bir çox ölkə ilə rəqabət apardığını qeyd edib. D.Tramp bildirib ki, Avropa İttifaqı da heç vaxt ABŞ-a yaxşı yanaşmayıb.

“Aİ ABŞ-dan öz maraqları naminə istifadə etmək üçün yaranıb. Yaradılıb və ABŞ-dan istifadə edir. Mən bunu bilirəm, onlar da mənim bunu bildiyimi bilirlər. Digər prezidentlərin isə bu barədə anlayışı belə yox idi”, - deyə, D.Tramp qeyd edib.

Oxu.Az