Prezident Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ qoşunları Əfqanıstanda milyardlarla dollarlıq silah və təchizatı qoyub gedir, bu silahlar isə Talibanın əlinə keçir.
Bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp danışıb.
“Bayden milyardlarla dollarlıq təchizatı orada qoyur. Mən generallara demişdim ki, hər bir mismarı belə qaytarsınlar. Bütün tankları qaytarmalarını istəyirəm. Bunun əvəzinə indi Taliban Baydenin onlara saxladığı bizim silahlarımızla parad keçirir. Bu, biabırçılıqdır”, - deyə D.Tramp bildirib.
Oxu.Az