ABŞ Prezidenti Donald Tramp Çinə əlavə olaraq tətbiq ediləcək 5 faiz gömrük tarifinin yaxınlaşan danışıqlara daha parlaq bir zəmin hazırlamaq üçün iki həftə təxirə salındığını bildirib.
İnsider.az xəbər verir ki, Tramp məsələ ilə bağlı "Twitter"dən, "Çinin Baş nazirinin müavini Liu Henin tələbini və Çin Xalq Cümhuriyyətinin 70-ci ildönümünü əsas götürərək xoş niyyət əlaməti kimi 250 milyard dollarlıq Çin məhsuluna tətbiq olunacaq tarifi (25%-dən 30%-ə qalxacaq) 1 Oktyabrdan 15 Oktyabradək təxirə salmaq qərarını verdik", -şəklində bəyanat verib.
ABŞ və Çin arasındakı ticarət müzakirələrinin növbəti həlqəsinin Oktyabrın ilk həftəsində yüksək səviyyəli nümayəndələrlə Vaşinqtonda baş tutacağı gözlənilir.
Xəbərin ardından S&P 500 İndeksi 0.5% qalxıb, Çin xaricində əməliyyat görən yuan dollar qarşısında 0.3 faiz möhkəmlənib. Yen isə geriləyib.
Bu səhər Çin tərəfindən gələn digər bir xəbərdə isə, Çinin ticarət danışıqları ərəfəsində ABŞ-dan kənd təsərrüfatı məhsulu idxal etməyi dəyərləndirdiyi bildirilib. Çinin ötən gün açıqladığı əlavə vergidən azad ediləcək ABŞ-a məhsulları siyahısında donuz əti, soya lobyası və qarğıdalı yer almamışdı.
©Marja