tramp-elimden-gelse-twitter-i-de-baglayardim

Tramp: Əlimdən gəlsə "Twitter"-i də bağlayardım

ABŞ Prezidenti Donald Tramp sosial media platformalarına dair yeni hüquqi tənzimləmələr nəzərdə tutan fərmanı imzalayıb.

Marja xəbər verir ki, Ağ Evdə Oval Ofisdə imza mərasimində danışan Tramp, fərmanda, internet şirkətlərini istifadəçilərinin paylaşdığı məzmunlardan məsuliyyətli etməyən qanunun dəyişdirilməsinin nəzərdə tutulduğunu bildirib. Yəni, sosial media şirkətləri (Facebook, İnstagram, Twitter, Youtube və s.) istifadəçilərin paylaşdıqları məlumatlara görə məsuliyyət daşıyacaqlar.

Tramp, artıq sosial media platformalarının, istifadəçilərinə tətbiq etdiyi senzuradan və platformalarda edilən paylaşmalardan cavabdeh olmaları lazım olduğunu vurğulayıb.

Tramp, "Amerika tarixində, ifadə azadlığının qarşılaşdığı ən böyük təhlükələrdən birini məğlub etmək üçün bu gün buradayıq" ifadəsini istifadə edib.

Fərmanı imzaladığı əsnada Oval Ofisdəki bir jurnalistin "Twitter hesabınızı siləcəksinizmi?" şəklindəki sualına Tramp,"Bu ölkədə daha ədalətli bir mətbuat olsaydı bunu sevə-sevə edərdim, ancaq mətbuat ədalətsiz olduğu üçün mən sosial media üzərindən bir çox insana çıxıram" şəklində cavab verib.

 "Əlimdən gəlsə Twitter-i də bağlayardım"

Twitter-in "məlumatı təsdiqlə" variantını "siyasi hərəkət" olaraq xarakterizə edən və sosial media şirkətlərinin "inhisarçılıq" etdiyini iddia edən Tramp, "Twitter, hörmətli bir şirkət olmasa və hüquqi haqqım olsa Twitter-i də bağlayardım. Bu mövzuda vəkillər ilə danışmışıq, hüquqi bir proses icra edəcəyik" deyib.