tramp-fed-boyuk-bir-faiz-endirimi-etmelidir

Tramp: Fed böyük bir faiz endirimi etməlidir

ABŞ Prezidenti Donald Tramp, Fed-in koronavirus qarşısındakı hərəkətsizliyinin ABŞ-ı rəqabətdə əlverişsiz mövqeyə sürüdüyünü bildirib.

İnsider.az xəbər verir ki, Donald Tramp, Avstraliya Mərkəzi Bankının faiz qərarına toxunaraq, Fed-in koronavirus mövzusunda bu ana qədərki hərəkətsizliyinin ABŞ-ı rəqabətdə əlverişsiz bir mövqeyə sürüdüyünü və tam əksinə istiqamətdə hərəkət etməsi lazım olduğunu deyib.

Tramp, "Fed şərtləri yumuşaltmalı və böyük bir faiz endirimi etməlidir" deyərək, Fed sədri Jerome Powell-i ilk gündən bu yana səhv seçimlər etməklə günahlandırıb.

Qeyd edək ki, bu gün Avstraliya Mərkəzi Bankı faizləri aşağı salıb.