tramp-fed-den-memnundur

Tramp Fed-dən məmnundur

ABŞ Prezidenti Donald Tramp, ABŞ Mərkəzi Bankından (Fed) koronavirus epidemiyası əsnasında iqtisadiyyata təmin etdiyi dəstəyə görə məmnun olduğunu dilə gətirib.

İnsider.az xəbər verir ki, Tramp, Fox Business Network-a etdiyi açıqlamada, faizləri sıfırdan aşağı endirmədiyi üçün sərt şəkildə tənqid etdiyi Fed sədri Cerom Pauelə isinməkdə olduğuna işarə edib və Fed-in koronovirus epidemiyası əsnasında iqtisadiyyata likvidlik təmin etməsini təqdir etdiyini bildirib:

"Bunu söyləməliyəm ki, Pauel ilə başda xoşbəxt deyildim. Ancaq gedərək daha xoşbəxt oluram. Əlini daşın altına qoyduğunu düşünürəm. Yaxşı bir iş gördü".

Marja