tramp-fed-faiz-artirmasaydi-birja-10-min-bend-daha-yuksek-olardi

Tramp: Fed faiz artırmasaydı, birja 10 min bənd daha yüksək olardı

ABŞ Prezidenti Donald Tramp Fed-i tənqid etməyi davam etdirir.

İnsider.az xəbər verir ki, Tramp "ABC News"a verdiyi müsahibəsində “Fed faiz artırmasaydı, inkişafın 1.5% çox, Dou Cons (Dow Jones) İndeksinin də ən azı 10 min bənd daha yüksək olacağını” söyləyib. 

2018-ci ilin əvvəlində namizəd göstərdiyi Fed sədri Jerom Povelli tez-tez tənqid edən Tramp Fed-in faiz endirməsi lazım olduğunu dilə gətirir.

Tramp "mən onu seçdim, ancaq onunla tamamilə fərqli fikirdəyəm. Bilirsiniz, Fed müstəqildir, ancaq etdiklərindən məmnun deyiləm", -əlavə edib.  

©"Marja"