ABŞ Prezidenti Donald Tramp Fed-i tənqid etməyə davam edir.
İnsider.az xəbər verir ki, Tramp sosial mediadan etdiyi açıqlamada, "Demək olar ki, inflyasiya yoxdur, Fed-in səhv idarə etməsinə görə ölkəmiz digər ölkələrə nisbətən daha yüksək faiz ödəmək məcburiyyətində qaldı. Faizin daha da artırılması ölkəmizin rəqabət etməsini çətinləşdirir",- şərhini edib.
Faiz xərclərinin çox aşağı səviyyədə olması lazım olduğunu bildirən Tramp, "ÜDM və ölkəmizin sərvəti daha yüksək olmalı idi. Zaman və pul itiririk. Digər ölkələrin pul vahidlərini manipulyasiya etməsi heç ədalətli deyil",- ifadəsini istifadə edib.
Həmçinin Tramp, iqtisadiyyat pisləşərsə Fed-in faiz endirməsinin daha xərcli olacağını bildirərək, "Bu an hərəkətə keçmək daha ucuz və daha təsirli olar. Fed çox artıq və çox sürətli faiz artırıb",- qeyd edib.
Tramp, keçən həftələrdə də Fed-in "xətalı" olduğunu bildirərək Fed-in faiz endiriminə getməsi lazım olduğunu söyləmişdi.
©Marja