tramp-impicment-prosedurunun-ise-salinmasini-cevrilis-adlandirib

Tramp impiçment prosedurunun işə salınmasını - ÇEVRİLİŞ ADLANDIRIB

ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

İnsider.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.

Eləcə də bax: ABŞ Konqresi Trampın impiçment proseduruna - BAŞLAYIR

"Mən hər gün daha çox bildikcə, o nəticəyə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (Konstitusiyaya-red), dini, silahlı qüvvələri, sərhəddə (Meksika ilə sərhədi-red) divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilən hüququ almaq üçün nəzərdə tutulmuş çevrilişdir", - deyə o özünün "Twitter"dəki səhifəsində yazıb.

FED.az