tramp-irandan-neft-ixracina-verilen-mohleti-uzatmamaq-qerarini-verdi

Tramp İrandan neft ixracına verilən möhləti uzatmamaq qərarını verdi

Ağ Evdən verilən məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrandan neft ixracı üçün 8 ölkəyə verilən möhləti uzatmamaq qərarı verib. Möhlət 2 mayda bitəcək.

İnsider.az xəbər verir ki, məlumatda, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və müttəfiqlərinin qlobal neft bazarında tədarükün (təklifin) yetərli şəkildə təmin olunması məsələsində qərarlı olduqları qeyd edilib.

ABŞ-ın Noyabr ayında yenidən başladığı İran sanksiyalarından altı ay müddətində səkkiz ölkəyə (Çin, Cənubi Koreya, Hindistan, İtaliya, Yaponiya, Tayvan, Yunanıstan və Türkiyə) möhlət vermişdi.  

Neft qiymətləri bu xəbərlə bu gün təxminən 3% bahalaşıb. 

©Marja.az