tramp-seckiden-evvel-peyvend-isteyir

Tramp seçkidən əvvəl peyvənd istəyir

İngiltərənin "Financial Times" qəzeti, Oxford Universitetinin peyvəndinə erkən təsdiq verilə biləcəyini yazıb.

ABŞ-da Donald Trampın rəhbərlik etdiyi hökumət, Oxford Universitetinin üzərində çalışdığı və təcrübə mərhələsində olan Covid-19 peyvəndini 3 Noyabr seçkiləri əvvəli istifadəyə qəbul edilməsini qiymətləndirir.

İnsider.az xəbər verir ki, İngiltərənin "Financial Times" qəzetində yer alan xəbərə görə, ABŞ Qida və Dərman İdarəsinin (FDA) Oktyabr ayında potensial peyvəndə "təcili" istifadə təsdiqi verməsi düşünülür.

"FDA, təhlükəsizlik baxımından çatışmazlıqlar olmasına baxmayaraq təcili vəziyyət təsdiqini istifadə edə bilər" deyilən xəbərdə, Oxfordda inkişaf etdirilən sınaq mərhələsindəki peyvəndə erkən təsdiq verilməsinin variantlardan biri olduğu ifadə edilir.

Epidemiya müddətini pis idarə etməklə günahlandırılan Donald Trampın bu hücumla seçki əvvəli əleyhində əsən küləyi tərsinə çevirməyi hədəflədiyi qeyd olunub.

Həmçinin xəbərdə, Tramp hökumətinin peyvənddə təhlükəsizlik mərhələlərini "by-pass" etməsi vəziyyətində onsuz da sarsılmış olan cəmiyyət güvəninin daha da zərər görə biləcəyi iddia edilir.

FDA, Kovid-19 xəstələrində plazma müalicəsinə təsdiq verdi

Yüri düşmüşkən, ABŞ Prezidenti Donald Tramp, Amerika Qida və Dərman İdarəsinin eni növ koronavirisa (Kovid-19) qarşı plazma müalicəsinə təcili vəziyyət təsdiqi verdiyini açıqlayıb.

Trump, plazma müalicəsinin Kovid-19 xəstələrinin müalicəsi üçün əhəmiyyətli bir ümid olacağını söyləyib.

Daha əvvəl Kovid-19 keçirib yaxşılaşmış ABŞ vətəndaşlarına tibb müəssisələrinə gedərək plazma bağışlamaları çağırışını edən edən Tramp, "Verdiyiniz hər bir plazma başqa yerlərdə həyatlar qurtaracaq", -deyib.

Marja