“Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində zədələnmələrə səbəb olan “təxribat” böyük müharibəyə səbəb ola bilər.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə günü belə bir bəyanatla çıxış edib.
Siyasətçi “Truth Social” sosial şəbəkəsində qeyd edib ki, hamı Florida ştatını vuran böyük qasırğadan danışır, lakin qaz kəmərləri ilə bağlı vəziyyətin daha çox nəticələri olacaq.
“Şimal axını 1 və Şimal axını 2 boru kəmərləri ilə bağlı təxribat törədilib. Bu, böyük müharibəyə gətirib çıxara bilər”, - Tramp bildirib.
Cümə axşamı İsveç Sahil Mühafizəsinin nümayəndəsinə istinadən "Svenska Dagbladet" qəzeti "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərindən dördüncü qaz sızmasının aşkar edilməsi barədə məlumat yayıb.