tramp-twitter-in-rehberi-ile-qapali-gorus-kecirib

Tramp “Twitter”-in rəhbəri ilə qapalı görüş keçirib

ABŞ prezidenti Tramp Ağ Evdə “Twitter”-in rəhbəri Cek Dorsi ilə görüş keçirib. İnsider.az bu barədə "Korrespondent"-ə istinadla yazır.

“Biz onların platforması ilə bağlı bir çox mövzunu müzakirə etdik”, – deyə Tramp “Twitter”-də yazıb.

Onun sözlərinə görə, ABŞ administrasiyası Dorsi ilə “açıq dialoqun” başlamasını gözləyir. Tramp həmçinin əlavə edib ki, onun “Twitter”-in rəhbəri ilə olan görüşü gözəl keçib.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, “Twitter” administrasiyası onun hesabındakı abunələri silir, həmçinin onun səhifəsinə abunəliyi qəlizləşdirir.

Xatırladaq ki, “Twitter” administrasiyası ABŞ prezidentinin tvitini silmişdi. Tvitin silinmə səbəbi musiqinin qeyri-qanuni istifadəsi olmuşdu.

Samirə Məmmədova