ABŞ prezidentliyinə namizədlərin yarışında Co Bayden hazırkı ölkə başçısı Donald Trampı üç əsas ştatda üstələyib.
İnsider.az xəbər verir ki, bu barədə CNN-in sorğusu nəticəsində bəlli olub.
Belə ki, sorğunun nəticələrinə əsasən, Arizonada Baydeni dəstəkləyənlər 49 faiz, rəqibini dəstəkləyənlər isə 45 faiz olub. Florida ştatında da C.Bayden D.Trampı üstələyib (müvafiq olaraq, 51 və 46 faiz).
Miçiqanda isə rəqiblər arasında fərq daha böyükdür. C.Bayden burada respondentlərin 52 faizindən dəstək alıb. D.Trampı isə həmin ştatda seçicilərin cəmi 40 faizi dəstəkləyib.
Xatırladaq ki, 2016-ci il seçkilərində Donald Tramp göstərilən hər üç ştatda qalib gəlmişdi.