tramp-ust-un-maliyyelesdirilmesini-dayandirdi

Tramp ÜST-ün maliyyələşdirilməsini dayandırdı

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirməsinə son qoyduğunu bildirib.

İnsider.az xəbər verir ki, buna səbəb kimi Tramp ÜST-ün pandemiya ilə bağlı beynəlxalq ictimaiyyətə vaxtında və doğru məlumat verməməsini göstərib.

“Mən ÜST-ün maliyyələşdirməsini müvvəqəti dayandırıram. Onlar koronavirusun yayılmasını gizlətmək və buna reaksiya vermək barədə məsələləri araşdıracaqlar. ÜST üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib və buna görə cavab verməlidir”, - deyə Donald Tramp vurğulayıb.

Onun sözlərinə görə, təşkilat Çin hökümətinin rəsmi məlumatlarına zidd olan Uhandan gələn inandırıcı xəbərlərə məhəl qoymayıb.

İnterfaks