ABŞ Prezidenti Donald Tramp, bir daha "Twitter" üzərindən Fed-i tənqid edib.
İnsider.az xəbər verir ki, "Fed işini düzgün görmədi" deyən Tramp, mesajında bu ifadələri istifadə edib:
Əgər Fed işini düzgün görsəydi, birja 5 min ilə 10 min bənd daha yüksək, iqtisadi artım da 3 faiz əvəzinə 4 faiz olardı".
Tramp, Fed-in faiz siyasətinin iş görməyi çətinləşdirdiyini qeyd edib.
Donald Tramp, əvvəlki Amerika prezidentlərinin əksinə, tez-tez Fed və sədrini açıq şəkildə tənqid edir.
©Marja