ABŞ-ın eks-prezidenti Donald Trampın saytı maliyyə fırıldaqlarında ittiham olunur.
“The New York Times” qəzetinin yazdığına görə, sayt keçmiş prezidentin 2020-ci ildəki seçki kampaniyası üçün ianələr etmiş hesablardan təkrarən vəsait çıxarıb.
Nəşrin məlumatlarına görə, Tramp donorlarına toplanan məbləğin cəmi 10.7%-ni, yəni təxminən 122 milyon dolları geri qaytarıb.
Seçkilərdən sonra bəzi Tramp tərəfdarlarının bank və kredit təşkilatlarına saxta əməliyyatlarla bağlı müraciət etdikləri bildirilib.