tukenen-resursa-gore-mubarize-qum

Tükənən resursa görə mübarizə - Qum

Dəyərli resurs barədə düşünün. Ağlınıza nə gəlir? Neft? Bəlkə su? Bəlkə də barmağınızdakı üzüyə baxıb, qızıl barədə düşündünüz. Bunların hamısı dəyərli resurslardır, doğrudur.

Bəs əgər mən sizə desəm ki, qum həmçinin inanılmaz nadir və dəyərli resursdur? Bu, absurd səslənə bilər, əsasən də əgər siz son zamanlar hardasa çimərlik və ya səhra yaxınlığında olmusunuzsa, lakin dünyada artıq qum qalmayıb. Mobil telefonlardan tutmuş göydələnlərə kimi hər bir şeydə vacib material sayılan resurs bərpa olunma ilə müqayisədə daha tez sərf olunur, bu da ekoloji problemlərə və cəmiyyətdə münaqişələrə gətirib çıxarır. Bəziləri hətta buna görə öldürməyə də hazırdır.

Siz bunu dərk etməyə bilərsiniz, ancaq ətrafınızda hər bir şey qumdan tikilib. Mənzilinizin və ya evinizin hazırlandığı beton qum ilə qarışdırılıb. Havanın necə olduğunu bilmək üçün baxdığınız şüşə pəncərələr həmçinin qumdan hazırlanıb. Bunu oxuduğunuz mobil telefonunuz və ya kompüterinizin daxilindəki silikon çiplər də qumdandır. İşə getdiyiniz yol da qumdan hazırlanıb. Əgər siz istənilən şəhər mühitində yaşayırsınızsa, o da qumdan hazırlanıb.

Qum Elə Də Çox Deyil. 
Siz düşünə bilərsiniz ki, qum hər yerdədir, qumla dolu böyük səhrəlar var.

Səhradakı qum tikinti materialı kimi yararsızdır. Qum dənəcikləri açıq şəkildədirlər və min illər boyu səth boyu səyahət edirlər. Bu, onları tikinti blokları qismində lazımsız olana kimi hamarlaşdırır. Təsəvvür edin ki, siz binanı qolf üçün toplardan tikməyə çalışırsınız. Tikinti üçün bucaq kənarlı qumdan istifadə etmək lazımdır. Məqsədəuyğun növ çay yatağından, dənizdən və ya çimərlikdən əldə olunan qumdur.

Səhra qumunun yararsız olması faktı gözlənilməz hallara səbəb olur. Baxmayaraq ki, dünyada ən uca bina sayılan Dubaydakı Bürc-Xəlifə kilometr məsafələrlə qum ilə əhatə olunub, onun tikintisində istifadə olunan qum Avstraliyadan gətirilib. Dubay həmçinin öz çimərlikləri üçün qumu da Avstraliyadan sifariş edir. Aydındır ki, səhra qumu çimərlik ab-havası üçün elə də yaxşı deyil.

Qum həmçinin geç bərpa olur. Min illər lazımdır ki, daşlar və çöküntülər bizim hamımızın arxalandığımız lazımi qum dənələrinə parçalansınlar.

Tikinti Şirkətlərinin Quma Qarşı Sonsuz İştahası
Son illərdə dünyada tikinti bumu müşahidə olunur. Bumun bünövrəsi hərfi mənada betondur. BMT-nin hesabatlarına əsasən, dünyada hər il 40 milyard tondan çox tikinti dolğusu - qum, çınqıl, qırma daş - istifadə olunur. Bəzi hesablamalara görə növbəti ildə istehlak 50 milyard tonu keçəcək, üstəlik təkcə Çinin özü kütləvi şəkildə urbanizasiyaya məruz qaldığı üçün dünyanın beton tədarükünün çox hissəsini özündə cəmləyir. ABŞ-ın Geoloji Araşdırma Mərkəzinin məlumatlarına görə 2011 və 2013-cü illər ərzində Çində istifadə olunan betonun miqdarı ABŞ-da 20-ci əsr boyunca cəmi istifadə olunan betondan daha çox olub. Asiyanın Hindistan kimi digər hissələri də sürətlə genişlənirlər.

Bu tikinti bumunu irəli aparan urbanizasiya və beton asılılığının artımı heç bir yavaşlama əlamətini göstərmir. 2030-cu ilə BMT dünya əhalisinin 60 faizinin şəhər ərazisində yaşayacağını təxmin edir.

Qum Biznesi Cinayət Aləmini Cəlb Edir

Qumla bağlı əsas problemlərdən biri onun ağır olmasıdır. Ağır əşyalar böyük nəqliyyat xərcləri tələb edir, üstəlik də uzaq məsafələrə. Defisit və yüksək qiymət cinayətkarların diqqətini cəlb edir. "Qum mafiyaları" qumu qadağa olunmuş ərazilərdən əldə edən cinayətkar qruplardır. Onlar qanunlara riayət etmədikləri üçün heç bir ekoloji protokollara əməl olunmur. Adətən çaylardan qanunsuz olaraq qum əldə edilərək, balıqlar və balıqçılar üçün yaşam ərazisi məhv edilir. Hətta bəzən özəl kəndlərdəki ərazilər bu mafiyalar tərəfindən zəbt olunur.

"Wiredstory"-nin 2015-ci il üçün Hindistandakı qum mafiyaları barədə məlumatına əsasən, polislər əhaliyə bu məsələ ilə bağlı az yardım edir: "Ümum qəbul olunmuş fikrə əsasən, yerli hakimiyyət orqanları bu biznesdən kənarda qalmamaqdan ötrü və adətən öz şəxsi biznesləri naminə qum əldə edənlərdən rüşvət alırlar".

Bu problem daha çox Hindistanda yayılıb. Güman edilir ki, bu qum mafiyaları jurnalistləri və natiqləri susdurmaqdan ötrü bir sıra qətllər törədiblər.

Qumdan Məhrum Olmağa Məhkummuyuq?

Qum müəyyən şəkildə tez tükənən resursdur. Əgər bəşəriyyət onu indiki templə istifadə etməyə davam etsə, dünya ehtiyatı ehtimal ki, tükənəcək. Lakin vəziyyət elə də ümidsiz deyil. Texnologiya digər müxtəlif resurslar üçün proqnazlaşdırılmış məqsədlərin dəyişdirilməsi üçün sənayenin bir çox sahələrində istifadə olunub - qum başqa cür olmamalıdır.

Əgər qumun tikintidə daha effektiv şəkildə istifadəsi üçün cəhdlər olunsaydı, bu tərəqqi üçün atılmış ilk vacib addımlardan biri olardı. Bundan başqa, qumun əvəzləyicisinin axtarılması üçün texnologiyanın istifadə olunması, oyun qaydalarının dəyişdirilməsindən biri olacaq. Sadəcə İnternetdə sürətli axtarış zamanı elə görünür, sanki bu tələbatı ödəmək üçün bir sıra konkret əvəzləyicilər irəliyə doğru addımlayırlar.

Qum məhdud resurs ola bilər, lakin insan şüuru yalnız onun təsəvvürü ilə məhdudlaşır, texnologiya və inadkarlıq bu problemi həll etmək üsulunu tapacaq.

Samirə Məmmədova