turistleri-istirahetde-gozleyen-8-risk

Turistləri istirahətdə gözləyən 8 risk

Məzuniyyət vaxtı yaxınlaşır. İnsanlar istirahətdən zövq alıb gündəlik rutini unutmaq üçün səbirsizliklə dənizə səyahətlərini gözləyirlər.

Lakin istirahətin kabusa dönməməsi üçün ayıqlığı əldən verməmək və təhlükəsizlik qaydalarına riayət etmək gərəkdir.

İnsider.az aşağıda turistlərin rastlaşa biləcəkləri əsas təhlükələri təqdim edir:

Xəstəliklər

Yad ölkə, yad qida, alışılmamış iqlim – bütün bu faktorlar turistlərin istirahətdən həzz almasının deyil, həkimlərə müraciət etməsinin səbəbi ola bilər. Səbəblər müxtəlif ola bilər: zəhərlənmə, soyuqdəymə, gün vurma, ekzotik xəstəliklər, travmalar.

Bütün bunlardan, ehtiyyat tədbirləri barədə unutmamaq şərtilə, qaçmaq olar, xüsusilə, çimərlikdə keçirdiyiniz vaxtı düzgün bölüşdürərək, küçədə satılan naməlum yeməyi dadmayaraq və münasib olmayan yerlərdə üzməyərək.

Əgər ekzotik ölkələrə səyahət edirsinizsə, sizi müxtəlif xəstəliklərlə qarşılaşmaqdan qoruyacaq peyvəndləri vurdurmağınız vacibdir.

Batmaq riski

Turistlərin yerli sakinlərlə müqayisədə, batmaq riski üç dəfə böyükdür və əsas səbəb də mühitlə tanış olmayan istirahət edənlərin rahatlığı və qayğısızlığıdır. Özü də, ekspertlər hesab edir ki, ən çox turistləri rahat edən çimərliklərdir.

Onlara görə, turistlər “avtomatik olaraq” düşünürlər ki, kurort və onların çimərlikləri çimmək üçün təhlükəsiz zonalarda yerləşir. Özü də nə qədər çimərlik abaddırsa, bir o qədər turistlər öz təhlükəsizliyinə bel bağlayırlar.

Ətrafda insan çoxluğu “qeyri-təhlükəsizlik” hissini azaldır, çimərlik bar və kafe kimi cürbəcür çimərlik cazibələri isə çimməyi sevənin əsas düşməni olan alkoqolu əlavə edir. Bununla yanaşı, ekspertlər qeyd edir ki, bir çox populyar çimərliklər çimənlər üçün təhlükəli təbii fəlakət hallarından sığortalanmayıblar. Ona görə də, ilk növbədə ekspertlər “suda xilasetmə” infrastrukturuna diqqət yetirməyi məsləhət görürlər. Ən yaxşısı ancaq xilasedicilərin olduğu yerdə üzməkdir.

Pul oğurluğu/sənədlərin itirilməsi

ABŞ-da aparılmış araşdırmaya əsasən, hər il təxminən 300 min amerikalının pasportu səyahət zamanı oğurlanır. Turistlərin 9%-i qeyd edir ki, onlar pasport oğurluğunun qurbanı olublar, daha 21% isə pasportu oğurlanmış şəxsləri tanıdıqlarını söyləyir.

Təkcə pasportlar yox, pullar da oğurlanır. Məhz buna görə, turistik məkanlarda, kütlənin toplaşdığı yerlərdə öz çanta və pul qabına diqqət etmək, pul qabını şalvarın arxa cibində və ya arxa çantasında saxlamamaq vacibdir. Faktiki olaraq, turistlərin toplaşdığı bütün məkanlarda təkcə pulunuzu oğurlaya bilən yox, həmçinin, onları hiylə ilə əldə edə bilən dolandırıcı dəstəsi iş görür.

Ona görə də səyahətə hazırlıq zamanı ziyarət etməyə hazırlaşdığınız yerlər barədə daha çox məlumat toplamağınız vacibdir. Nəyə görə ödəniş etməyin lazım olub-olmadığını dəqiq anlamaq lazımdır. Həmin yerləri artıq ziyarət etmiş kəslərin rəylərini oxumağa dəyər.

Yerli xidmət/mallara görə artıq ödəmə

Yerli əhali turistlərə tez-tez asan qazanc mənbəyi kimi baxır. Bu, mütləq dələduzluq və pullarınızın oğurlanması demək deyil. Adətən, sizə yerli əhalinin qat-qat az ödədiyi mal və xidmətlərə görə olduqca yüksək qiymət söyləyəcəklər. Bu, yerli bazardakı mallar və ya taksi xidməti ola bilər. Buna görə də artıq ödəniş etməmək üçün alternativləri təsəvvür etməyiniz bu qədər önəmlidir.

Bundan başqa, nəzərə almaq lazımdır ki, bir çox ölkələrdə siz alış-veriş vaxtı rahat qiyməti öldürməyə cəhd edə bilərsiniz.

Pis hava

Əlbəttə, səyahətə çıxan hər kəs havanın istirahətdən həzz almağa imkan verəcəyinə bel bağlayır. Lakin işlər həmişə planladığımız kimi getməyə bilər və hava turistlərin başına oyuna aça bilər.

Əlbəttə, hava şəraitinin planlarımızı pozması xoş hal deyil, ancaq səyahətdən öncə getməyə hazırlaşdığınız ölkənin, xüsusilə, səyahətiniz turistik mövsümdə baş tutmursa, hava xüsusiyyətlərini öyrənmək lazımdır.

Bu, az da olsa, mümkün gözlənilməzliklərə hazır olmağa və pis hava olduğu halda, alternativ istirahəti planlamağa imkan yaradacaq.

Aviabilet/mənzil/putyovkalarla olan problemlər

Şübhəsiz ki, istirahəti planlaşdıranda biz hər şeyin ideal olmasına və heç nəyin həyatdan zövq almağımıza mane olmamasına çalışırıq. Lakin sürprizlər tez-tez bizdən asılı olmur. Təyyarə reyslərini yubada bilərlər,qalacağınız mənzillə və ya ekskursiya və başqa şeylə problem yarana bilər.

Bu cür problemləri hava problemləri kimi proqnoz etmək çətindir və çox vaxt yeganə ediləsi mümkün şey yeni şərtlərə uyğunlaşmaq və alternativ tapmaqdır.

Təbii fəlakətlər

Təbii fəlakətlər də istirahəti korlaya biləcək qabaqcadan olduqca az görülə bilən faktordur. Zəlzələlər, daşqınlar, fırtınalar və digər fəlakətlər turistik mövsümün tam qızğın çağında baş verə bilər.

Lakin təbii fəlakətlər qarşısında digərlərindən daha çox zəif olan ölkələr var. Belə ölkələrin top-10-luğuna Hindistan, Çin, İndoneziya, ABŞ, Banqladeş, Braziliya, Pakistan, Yaponiya, Meksika və Fillipin daxildir.

Terrorizm

Baxmayaraq ki, bu barədə çox vaxt KİV-lər danışır, terrorizm turistlər üçün ən əsas təhlükə deyil. Terror aktı zamanı həlak olmanızın ehtimalı 20 milyonda 1-dir. Bu, əməliyyatdan sonra ağırlaşmadan ölmək ehtimalından qat-qat azdır.

Buna baxmayaraq, bu təhlükəni hesabdan atmağa dəyməz, çünki son illər terror təhlükəsi, o cümlədən, turistlər üçün artıb.

Samirə Məmmədova