turizm-beledcilerinin-sertifikatlasdirilmasi-ucun-imtahanlar-teskil-edilecek

Turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanlar təşkil ediləcək

“Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması ilə indiyədək sistemdə 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsi tamamlanıb”.

Bunu Azərbaycan Turizm Bürosunun Tədqiqat və inkişaf departamentinin rəhbəri Nicat Abbaslı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbirində bildirib. 

Onun sözlərinə görə, bu il qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditi başa çatıb. 

O əlavə edib ki, bu aydan etibarən turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanlar təşkil ediləcək.