turizm-olkesi-yeni-giris-qaydalarini-aciqladi

Turizm ölkəsi yeni giriş qaydalarını AÇIQLADI

Malayziyada istirahət etməyi planlaşdıran xarici turistlərin aprelin 1-dən ölkəyə giriş qaydalarına aydınlıq gətirilib.

Sərhədlərin açılması prosedurunu ölkənin səhiyyə naziri Xairi Camaluddin izah edib.

Yeni qaydalara əsasən, peyvənd olunmayan və ya qismən peyvənd olunan səyahətçilər məşhur Asiya ölkəsinə daxil ola biləcəklər, lakin onlara beş günlük məcburi karantin tətbiq ediləcək.

Oxu.Az