turk-dovletlerinin-sefirleri-hatayda-bir-araya-geldiler-foto

Türk dövlətlərinin səfirləri Hatayda bir araya gəldilər - FOTO

Türk dövlətləri müstəqilliyinin 30-cu ildönümü münasibətilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın Ankaradakı səfirləri həyat yoldaşları ilə Türkiyənin Hatay şəhərində keçirilən fotosərginin açılışında iştirak ediblər.

“TRT Avaz” məlumat verir ki, şəhər valisi Rəhmi Doğan Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən sərginin açılışında səfirləri qəbul etməkdən məmnun olduqlarını deyib.

Bu ilin “Yunus Əmrə və Türk İli” elan olunduğunu xatırladan Doğan TÜRKSOY dövlətlərinin türkcə danışmasının və bir-birləri ilə həmfikir olmasının vacibliyini vurğulayıb.

O, coğrafi birliyin də vacib olduğunu və bu vəziyyətin türk mədəniyyətini və qardaşlığını gücləndirəcəyini qeyd edib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim bu gün Hataya zəfərlə gəldiklərini bildirərək Türkiyə və Azərbaycan xalqlarının bir millət, iki dövlət olduqlarını vurğulayıb.