Ötən həftə dollar qarşısında 40%-dən çox dəyər qazanan Türk lirəsi bu həftəyə ucuzlaşma ilə başlayıb.
Bakı vaxtı ilə saat 12:10-da Dollar/TL məzənnəsi 8% artımla 11,40 lirədən əməliyyat olunub.
Ötən həftə Türkiyədə istifadəyə verilən Valyuta məzənnəsinin artmasından qoruyan yeni TL əmanət məhsulu Türk Lirəsinin bahalaşmasına səbəb olmuşdu.
Bazar ertəsi bir dollar 18 lirəyədək rekord həddə bahalaşmışdı. Hökumət maliyyə sabitliyini bərpa etmək üçün yeni tədbirləri elan etdikdən sonra milli valyuta dəyər qazanmışdır. Ötən həftə 1 ABŞ dolları 10,50 türk lirəsi səviyyəsilərinədək düşmüşdü.
Marja