Yaponiyada keçirilmiş G20 zirvəsinin ardından türk lirəsi bahalaşır.
İnsider.az xəbər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donlad Trampla görüşündən sonra verdiyi açıqlamalarda ABŞ-dan S400 barədə sanksiya gözləmədiyini qeyd edib.
Yenə zirvədə beynəlxalq bazarların da yaxından təqib etdiyi Çin lideri Cinping və ABŞ Prezidenti Trampın danışıqlarında əlavə tarif olmayacağı barədə razılaşaraq müzakirələri davam etdirməyə qərar veriblər.
Cümə gününü 5.79 səviyyələrində bağlayan dollar/tl məzənnəsi bu gün 2%-dən çox geriləyərək 5.65 səviyyələrinə düşüb.
Avro da 2,5%-dən çox ucuzlaşaraq 6.42 lirə səviyyələrinə düşüb.
BIST 100 İndeksi 3%-dən çox artaraq 99 611 səviyyəsini görüb.