turk-liresi-bahalasdi

Türk lirəsi bahalaşdı

Türk lirəsi bahalaşır.

İnsider.az xəbər verir ki, bu gün türk lirəsi dollar qarşısında təxminən 1% dəyər qazanıb. Bakı vaxtı ilə saat 14:15-də dollar/tl məzənnəsi 5.73 səviyyələrində olub.

Dünən Fed 2019-cu ildə faiz endirə biləcəyinin siqnalını verdikdən sonra dollar bir çox valyutaıar qarşısında, o cümlədən türk lirəsi qarşısında dəyərdən düşür. Dollar avro qarşında da 0,7% geriləyib. Avro/dollar məzənnəsi 0,7% artımla 1.1304 səviyyəsinə qalxıb.