turk-liresi-bir-qeder-de-deyer-itirdi

Türk Lirəsi bir qədər də dəyər itirdi

Dollar/TL məzənnəsi, dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının pul siyasəti faizini 2 bənd endirməsindən sonra yüksəlir. Bu gün məzənnə 9,54-ə çataraq tarixi ən yüksək səviyyəsini görüb.

Dollar/TL (Türk Lirəsi) məzənnəsi, dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Pul Siyasəti Komitəsinin yığıncağında pul siyasəti faizini 18%-dən 16%-ə endirməsinin ardından yüksəlir. 

Dünən 3%-dən çox ucuzlaşan lirə bu gün də dəyərdən düşür. Bu gün məzənnə 9,5428-i görüb.

Türk lirəsi cümə axşamı günü ən çox dəyər itirən inkişaf edən ölkə pul vahidi olub.

Avro/TL məzənnəsi 11 səviyyəsini də keçib.

Marja