turk-liresi-daha-da-ucuzlasdi-yenilenib

Türk Lirəsi daha da ucuzlaşdı - YENİLƏNİB

Dollar/türk lirəsi (TL) məzənnəsi bugünə artımla başlayıb (dollar bahalaşır, türk lirəsi ucuzlaşır).

Dünən 5.67-dən günə başlayan məzənnə 1%-dən çox artaraq 5.75-ə qədər yüksəlmişdi.

İnsider.az xəbər verir ki, bu gün məzənnə 5.8189 səviyyəsini görüb. Dollar türk lirəsi qarşısında 1,4%-ə yaxın dəyər qazanıb (Saat 14:35-ə olan məlumat).

Lirənin ucuzlaşmasının səbəbi ABŞ ilə raket əleyhinə müdafiə sistemləri məsələsində artan gərginlikdir. Məzənnənin 5.80 səviyyəsini qırarsa 5.84-ə yüksələcəyi gözlənilir.