Dollar/TL məzənnəsi koronavirus narahatlıqları ilə 6.30-un üzərinə yüksəlib.
Çində ortaya çıxan və dünyaya yayılan koronavirus qlobal bazarlara mənfi təsirini davam etdirir. Virusa yoluxanların Türkiyədə də artması TL üzərindəki təzyiqi artırıb.
İnsider.az xəbər verir ki, bu səhər dollar 6.30 lirəni də aşaraq 6.32 lirə səviyyələrinə qədər yüksəlib.
Avro 7.07 lirəyə bərabərdir.