turk-liresi-dollar-qarsisinda-daha-da-bahalasib

Türk lirəsi dollar qarşısında daha da bahalaşıb

Qlobal bazarlarda risk iştahı və inkişaf edən ölkələrin pul vahidlərinə tələb artıb.

İnkişaf edən ölkələrin pul vahidlərinə tələbin artması Türk lirəsinin də dollar qarşısında bahalşamasına səbəb olur. Türk Lirəsi dollar qarşısında İyun ayının ortasından bu yana ən yüksək səviyyəni görüb.

Bakı vaxtı ilə saat 17:15-də Dollar/TL məzənnəsi 1,2% geriləmə ilə 8.35 səviyyələrində olub. Bu gün məzənnə 8.33 səviyyələrini də görüb.

Türk lirəsi İyul ayında 2,5% dəyər qazanıb və ən çox dəyər qazanan inkişaf edən ölkə pul vahidi olub. Amma 2021-ci ilin əvvəlindən bu yana hələ ən çox dəyər itirən ikinci inkişaf edən ölkə pul vahididir.

Dollar/TL məzənnəsinin düşməsinə ABŞ xəzinə istiqrazı faizi və zəifləyən dollar da təsir edib. 10 illik ABŞ Xəzinə istiqrazının faizi 1,22% səviyyəsinə qədər geriləyib, ABŞ valyutasının mühüm pul vahidləri qarşısındakı performansını göstərən Bloomberg Dollar Spot İndeksi 1138-ə düşüb.

Verilən məlumata görə, bu gün nahardan sonra çətinliklər aradan qaldırılıb, ATM-lər pul ilə təmin edilib. 

Marja