Dollar türk lirəsi qarşısında, İstanbulda təkrar bələdiyyə sədri seçkisini CHP-li və Millət İttifaqının namizədi Ekrem İmamoğlunun əhəmiyyətli bir səs fərqi ilə qazanmasından sonra ucuzlaşıb.
İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisini CHP-li namizəd Əkrəm İmamoğlunun (Ekrem İmamoğlu) qazanması türk lirəsinin dəyər qazanmasına səbəb olub.
İnsider.az xəbər verir ki, gecə saatlarında 5.73 səviyyələrini görən Dollar/TL məzənnəsi, saat 09:25-ə olan məlumata görə,1,5% geriləmə ilə 5.7294 səviyyəsinə düşüb.
Məzənnə ötən cümə günü 5.82 səviyyələrindən bağlanmışdı.
Türkiyə bazarları açılanda məzənnə daha dəqiq məlum olacaq.
Ekspertlər seçkinin məzənnə üzərindəki təsirindən başqa bu həftə Türkiyə və ABŞ əlaqələrinin izlənəcəyini bildirirlər.
Hakim partiyanın seçki nəticəsini qəbul etməsi, əvvəlki seçkidən bu yana davam edən qeyri-müəyyənliyin sona çatması bazar tərəfindən məmnunluqla qəbul edilib.
İlk nəticələrə görə, Prezident Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi Ak Partinin (AKP) namizədi Binali Yıldırım 45,09 faiz, CHP-nin namizədi Ekrem İmamoğlu 54,03 faiz səs toplayıb.
CHP-li Əkrəm İmamoğlu, İstanbulda təkrarlanan seçkini AKP-li Binalı Yıldırıma 806 min 415 səs fərqlə yenidən qazanıb.
©Marja