turk-liresi-inflyasiya-melumatindan-sonra-bahalasir

Türk lirəsi inflyasiya məlumatından sonra bahalaşır

Türkiyədə avqust ayı inflyasiyasının proqnozdan aşağı qaldığını göstərən məlumatdan sonra dollar/tl məzənnəsi geriləyib.

İnsider.az xəbər verir ki, dollar lirə qarşısında 0,8% dəyərdən düşüb və məzənnə 5.7619-a qədər geriləyib (Saat 15:40-a olan məlumat). 

Lirə inkişaf edən ölkə pul vahidləri arasında dollara qarşı ən yaxşı performans göstərən pul vahidi olub.

Türkiyə Statistika Komitəsi (TÜİK) tərəfindən açıqlanan məlumatlara görə, inflyasiya avqust ayında aylıq 0.86 faiz, illik 15.01 faiz olub. Sorğuya görə, inflyasiyanın avqust ayında 16.65 faizdən 15.50 faizə düşəcəyi, aylıq müqayisədə isə 1,3% artacağı gözlənilirdi.

Türkiyənin Xəzinə və maliyyə naziri Berat Albayrak sosial media hesabından avqust ayı inflyasiya göstəricisini qiymətləndirib.

Avqust ayında inflyasiyalarda əhəmiyyətli azalma olduğunu bildirən Albayrak "İstehsalçı qiymət indeksində azalma, inflyasiyada aşağı istiqamətli meyli davam etdirir. İnflyasiya ilə mübarizə siyasətlərimiz ilə, bütün sahələrdə il sonu hədəflərimizə çatacağıq" ifadələrini istifadə edib.

View image on Twitter