Dollar türk lirəsi qarşısında, ötən şənbə günü Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkayanın vəzifəsindən azad edilərək yerinə sədr müavini Murat Uysalın təyin edilməsilə əlaqədar olaraq bahalaşıb.
İnsider.az xəbər verir ki, mütəxəssislər, məzənnədəki güclü yüksəlişi Mərkəzi Bankın müstəqilliyi barədə narahatlıqların artmasından qaynaqlandığını bildirirlər.
Dollar/tl məzənnəsi Asiya seansında ilk əməliyyatlarda 5.8247 səviyyəsinə qədər qalxıb. Hazırda məzənnə 2,1% artımla 5.74 səviyyələrindədir.
Məzənnə ötən həftə 2.86% düşdükdən sonra 5.6280 səviyyələrində bağlanmışdı.